Azərbaycan qazının keyfiyyəti və əhəmiyyəti yüksəkdir – İlham Şaban  

18:06 01.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bakı enerji həftəsi”ni əvvəllər mövcud olmuş "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi"nin davamı kimi yüksək qiymətləndirirəm. Artıq 27-ci dəfədir ki, bu sərgi ölkəmizin paytaxtında keçirilir.

Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı İlham Şaban deyib.

 İ. Şaban burda əsas məqsədin sərgidə stendlərin, iştirakçıların sayını göstərmək deyil, Azərbaycana marağı olan və Azərbaycanın özünün marağı olan tərəflərə nəyi təklif etməsidir. İqtisadçı bu sərginin əsas məqsədin reallaşması üçün bir müstəvi olduğunu deyib.

“Sərgidə iştirak edən maraqlı tərəflər enerji sahəsində əməkdaşlığı genişləndirməklə bağlı bir-biriləri ilə gələcəyə hesablanmış addımlar atırlar. Bu baxımdan enerji ölkəsi kimi Azərbaycan üçün bu cür tədbirlər əhəmiyyətlidir. Çünki, həm dövlət təşkilatlarına, həm özəl şirkətlərə imkan verilir ki, bizneslərini genişləndirsinlər, uzunömürlü etsinlər və maraqlarının hansı sahəyə olduğunu müəyyən edib onu təkmilləşdirsinlər”.

İ.Şaban bir çox hallarda enerji statistikasını yaxşı bilməyən şəxslərin belə sərgilərə kiçik yanaşmalarını anlamadığını bildirib.  Və bildirib ki, Azərbaycan 2021-ci ildə Avropa bazarında 6 milyard 150 milyon kubmetr qaz satıb.  2022-ci ildə  Avropa bazarına 10,2 milyard kubmetr qaz ixrac edəcək.

O, “bu damladır, niyə bunu belə şişirdirsiz” deyənlərin də öz aləmlərində haqlı ola biləcəklərini deyib. Əsas odur ki, Azərbaycan dünya bazarında öz xidmətini reallaşdırır və o ölkələrin enerji təhlükəsizliyində iştirak edir.

Eyni zamanda qeyd edib ki, bu sırf statistik məsələdir.

“Bunun bazarda nəsə satmaq məsləsi ilə heç bir uyğunluğu yoxdur.  Azərbaycan qazının keyfiyyəti və əhəmiyyəti yüksəkdir. Hansı regiona daxil olursa, orda enerji təhükəsizliyində əsas rol oynayır. Çünki yaxşı maldır. Azərbaycan ötən il İtaliyanın qaz bazarının 10 faizini təmin edib.  Cənub Qaz Dəhlizini genişləndirdikdən sonra bu iki dəfə artacaq. Yəni minimum 20 faiz olacaq.  Biz artıq Yunanısatanın qaz istehlakı bazarının 25-27 faizində iştirak edirik.  Gələn il Azərbaycan qazı Bolqarıstanın təqribən 30 faizindən yuxarı qaz təminatına malik olacaq. Ancaq onlar bizdən əlavə qaz da istəyirlər. Ola bilər 40-50 faizə çatsın. Biz Montoneqro, Xorvatiya, Serbiya, Albaniya kimi ölkələrin qaz hasilatında iştirak edirik. Bu ölkələr indiyə qədər bir oyunçudan asılı olublar və yaxud da 1 milyard kubmetr qaz alırsa, 50 faizini Azərbaycandan alır. Bunu anlamaq lazımdır”.